EN

Anaklaudia Rossbax: WUF13 qlobal mənzil böhranının pərakəndə həll yollarını birləşdirməyə kömək edir

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) dünyada mənzil böhranının həlli üçün cavabları və yanaşmaları birləşdirməyə imkan verir.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda WUF13 çərçivəsində keçirilən "Qlobal mənzil böhranı: plan nədir?" adlı panel müzakirəsində bildirib.

"Heç bir təşkilat mənzil böhranı probleminin universal həllinə malik deyil. Cavablar müxtəlif fraqmentlərə səpələnib, lakin biz onları WUF13-də bir araya gətirməyə müvəffəq olduq. Bir neçə tezisi qeyd etmək istəyirəm. Birincisi: mənzil həlləri kompleks olmalıdır. Məhz bunu biz BMT-Habitat-ın dəstəyi ilə üzv dövlətlərin əsas təşəbbüsü olan mənzil məsələləri üzrə açıq işçi qrupu çərçivəsində müzakirə etdik. Mənzil siyasəti hüquqi islahatlar və planlaşdırma sahəsindəki islahatlarla inteqrasiya olunmalıdır. Torpaq məsələsi həlledici əhəmiyyətə malikdir: bizə torpaq resurslarının idarə edilməsi, torpaq siyasəti lazımdır və əlbəttə ki, qeyri-rəsmi yaşayış məskənləri hələ də həllini tələb edən fövqəladə vəziyyət olaraq qalır. Söhbət qeyri-rəsmi yaşayış məskənlərində yaşayan 1 milyarddan çox insandan gedir", - A.Rossbax qeyd edib.

Onun sözlərinə görə, ərazilərə bütövlükdə baxmaq – kiçik və orta şəhərlərin dinamikasını anlamaq, eləcə də iri şəhər aqlomerasiyalarının üzləşdiyi irimiqyaslı çağırışları dərk etmək lazımdır:

"Lakin yanaşma kompleks olmalı və konteksti nəzərə almalıdır: mənzil məsələsini sosial, iqtisadi və iqlim vəzifələri ilə əlaqələndirmək lazımdır. İkinci tezis: layiqli mənzilə əlçatanlığın genişləndirilməsi yalnız yeni vahidlərin tikintisi demək deyil. Çatışmazlığı aradan qaldırmaq üçün biz hələ də mənzil fondunu artırmalıyıq - ilk növbədə, böyüyən şəhərlərdə və mənzil fondunun hələlik kifayət etmədiyi Qlobal Cənub ölkələrində. Bununla belə, bizim şəhər mühitinin renovasiyası və əhalinin aztəminatlı təbəqələri üçün mənzil təklifinin genişləndirilməsi imkanlarımız var.

Hara baxsanız, şəhərlərdə boş qalan binalar və tam istifadə olunmayan məkanlar görmək mümkündür. Buna ciddi diqqət yetirmək lazımdır. Qeyri-rəsmi yaşayış məskənləri artıq şəhər əhalisinin əhəmiyyətli bir hissəsini mənzillə təmin edir. Onların potensialını qəbul etmək və ondan istifadə etmək lazımdır".

Chosen
55
missiya.az

1Sources