AZƏRTAC bu gün saat 12:00-dək olan əsas xəbərləri təqdim edir:
Bakı, 19 may, AZƏRTAC
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib.
WUF13 Türkiyə mediasının diqqət mərkəzindədir.
Mavriki Prezidenti Bakıda "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub.
ABŞ-də hantavirusdan ölüm hadisəsi qeydə alınıb.
Həcc günlərində Məkkədə temperatur 47 dərəcəyə çatacaq.
ABŞ-də məsciddə baş verən atışmada azı 5 nəfər ölüb.
WUF13 çərçivəsində Azərbaycan pavilyonunda tədbir təşkil olunub.
2024-cü ildən etibarən Şuşaya 1411 nəfər, yəni 377 ailə köçürülüb.
WUF13 çərçivəsində “Mikro sənətdən memarlığa” adlı tematik sərgi açılıb.
WUF13: “Əlilliyi olan şəxslər üçün inklüziv şəhərlər və müstəqil həyat” mövzusunda beynəlxalq təlim təşkil olunub.
Xankəndi Şəhər Dəmir Yolu və Avtovağzal Kompleksinin tikinti işlərinin 40 faizi yekunlaşıb.
Azərbaycan və Gürcüstan Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarları xidmətinin bərpası barədə razılığa gəlib.
WUF13-də Bakının dayanıqlı şəhər modeli müzakirə olunub.