EN

Bu il əlilliyi olan 5700 şəxsə 271 min reabilitasiya vasitəsi verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar-aprel aylarında əlilliyi olan 5700 şəxsə 271 min reabilitasiya vasitəsi verib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin reabilitasiya vasitələrindən 644-sı təkərli oturacaq (o cümlədən 11-i mühərrikli təkərli oturacaq), 870-i aşağı və yuxarı ətraf protezi, korset, 1500-ü əsa, qoltuqaltı və dirsəkaltı ağac olub. Həmçinin əlilliyi olan şəxslərə 2785 cüt protez və ortopedik ayaqqabı, 520 eşitmə aparatı verilib, onların ehtiyac duyduqları digər reabilitasiya vasitələri ilə təminatı həyata keçirilib.

Reabilitasiya vasitələrini almaq üçün özlərinin və ya yaxınlarının Bakıya, Agentliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə gəlmək imkanı olmayan əlilliyi olan şəxslərə həmin vasitələr evlərinə aparılaraq təqdim olunub.

Chosen
10
16
yeniazerbaycan.com

10Sources