ain.az, Axar.az portalına istinadən məlumat yayır.
Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin 11-ci sinif şagirdi Məzahir İslamov vəfat edib.
Axar.az Milli.az-a istinadla xəbər verir ki, Məzahir İslamov dərs zamanı və ya təhsil müəssisəsinin ərazisində deyil, öz evində dünyasını dəyişib.
Məlumata görə, M.İslamov 44 günlük Vətən müharibəsinin qazisi, ehtiyatda olan kapitan Qurbanəli İslamovun oğludur.
Qurbanəli İslamov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində ön cəbhədə iştirak edib. O, Füzuli və Qubadlı istiqamətlərində gedən ağır döyüşlərdə rəşadətlə vuruşub və döyüşlər zamanı sol ayağını itirib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.