EN

Afrikalı ekspert: Apardığımız müzakirələrin uğurlu nəticələri olacağına inanıram

Azərbaycanın ev sahibliyi etdiyi WUF13 müstəmləkəçilikdən, ədalətsizliklərdən, bərabərsizliklərdən və mənzil çatışmazlığından əziyyət çəkən insanların urbanizasiyası haqqında, xüsusilə Qlobal Cənub ölkələrində əlçatan və layiqli mənzilin necə təmin oluna biləcəyi barədə müzakirə üçün platformadır”.

 

Herbiand.az xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən “Müstəmləkə idarəçiliyinin yaratdığı ədalətsizliklər və mənzil böhranı” tədbiri çərçivəsində jurnalistlərə açıqlamasında Afrika üzrə İqlim Məsələləri Bürosunda redaktor Muthoni Brian Nqiqi deyib.

 

O bildirib ki, mənzil problemi qlobal məsələdir: “Buna görə düşünürəm ki, Qlobal Şimal ölkələri də burada keçirilən sessiyalardan və müzakirələrdən faydalanacaq. Apardığımız müzakirələrin gələcəyimizi formalaşdıracağını görəcəyik və ümumilikdə bunun çox gözəl təsiri və uğurlu nəticələri olacağına inanıram”.

Chosen
1
3
herbiand.az

4Sources