EN

Elçin Yusubov: Xankəndi, Ağdərə və Xocalı rayonlarında özəl layihələrə 100 milyon manatdan çox investisiya cəlb edilib

Hazırda Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında özəl layihələrə 100 milyon manatdan çox investisiya cəlb edilib və təxminən 4000 nəfər işlə təmin olunub.

Far.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması" mövzusunda tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, Xankəndidə imzalanmış əməkdaşlıq müqavilələrinin sayı 426, Ağdərə 80, Xocalıda isə 138-dir: "Bunlara ticarət, maliyyə, kənd təsərrüfatı, sənaye müəssisələri və digərləri daxildir".

Chosen
2
2
far.az

3Sources