EN

“Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?

2-ci liqanın son turunda bu liqada qalmaq uğrunda mübarizə aparan “Araz Saatlı” “Kür-Araz”ın qonağı oldu. Saatlı təmsilçisinə bir xal da kifayət edirdi ki, 2-ci liqada yerini qorusun. “Araz Saatlı”nın 0:3 uduzduğu oyunun son saniyələrində azarkeşlərlə qonaq futbolçular arasında qarşıdurma yaşandı.
“Football-plus.az” hadisənin şahidi, “Araz Saatlı”nın prezidenti Ədalət Abdullayevin başverənlərlə bağlı fikrini öyrənib. Klub rəhbəri həm də ümumi mövsümü dəyərləndirib: “Mövsümə uğursuz başladıq, maliyyə problemi üzündən gənc, azyaşlılara üstünlük vermişdik. Düşünürdük ki, onlar bizi xilas edə biləcək. Təəssüf ki, istədiyimiz effekti almadıq. 2-ci dövrəyə daha ciddi hazırlaşdıq və təcrübəli futbolçuları heyətə cəlb etdik. İlk oyunlarda gözlənilməz xallar itirdik. Maliyyə problemi də özünü göstərdi, komandada ruh düşkünlüyü oldu. “Altılıq”da ilk 4 oyunda qələbə qazandıq. Son oyunda heç-heçə də bizə kifayət edirdi. Daha çox qol imkanı yaxaladıq, səhv etmirəmsə, tirdən, dirəkdən dönən üç zərbəmiz oldu. Təsadüfi qollar buraxdıq. Şanssızlıqlar, gərginlik futbolçuların əsəblərini cilovlamamasına gətirib çıxardı. Rəqib İmişli təmsilçisidisə, daha çətin olur, “Kür-Araz” təxribata meyilli komandadı. Sonda başverənlər bu səbəbdən oldu. Sərt oyun, müxtəlif təhqirlər, lazım olmayan sözlər belə vəziyyətə gətirib çıxardı. Stadionda təhlükəsizlik də istənilən səviyyədə deyildi. Azarkeşlərin meydana rahat çıxması, hətta futbolçularımıza fiziki şiddət göstərməsi xoşagəlməz, arzuolunmaz hal idi. İntizam Komitəsindən ədalətli qərar gözləyirik. Hakim də final fitini səsləndirməyib”.
MÜZƏFFƏR QULUZADƏ

Chosen
33
2
football-plus.az

3Sources