Entso Mareska “Mançester Siti”nin yeni baş məşqçisi olacaq.
Publika.az xəbər verir ki, insayder Fabritsio Romanonun yaydığı məlumata görə, tərəflər artıq müqavilənin imzalanması ilə bağlı şifahi razılığa gəliblər. İtaliyalı mütəxəssis “şəhərlilər”lə üçillik sözləşmə imzalayacaq.
Mareska 2024-2026-cı illərdə “Çelsi”ni çalışdırıb. Onun rəhbərliyi altında London klubu 2024/25 mövsümündə Konfrans Liqasını, 2025-ci ildə isə klublararası dünya çempionatını qazanıb.
O, 2022-2023-cü illərdə isə “Mançester Siti”də Pep Qvardiolanın köməkçisi kimi fəaliyyət göstərib.