EN

“Ekstremal isti günlərin sayı altı dəfə artıb, quraqlıq müddəti isə 20% dən çox uzanıb” MUXTAR BABAYEV

Sia Az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Erkən xəbərdarlıq sistemləri hazırlığı gücləndirir, hökumətlərin daha məlumatlı və elmi əsaslı qərarlar qəbul etməsinə kömək edir, həmçinin xüsusilə həssas əhali qrupları daxil olmaqla icmaların dayanıqlılığını artırır”.

SİA xəbər verir ki, bunu Prezidentin İqlim Məsələləri üzrə Nümayəndəsi Muxtar Babayev WUF13 çərçivəsində keçirilən "Erkən xəbərdarlıq sistemləri və iqlim dayanıqlı şəhərlər" adlı tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə , bütün dünyada mühüm irəliləyişlərə baxmayaraq, hələ də bir sıra çağırışlar qalmaqdadır. Bunlara məhdud maliyyə və institusional imkanlar, məlumat boşluqları və kommunikasiya maneələri daxildir. Bu problemlərin həlli hökumətlər, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti və özəl sektor arasında əməkdaşlıq tələb edir.

Azərbaycan da bu çağırışlar birbaşa müşahidə olunur. Son 25 ildə orta illik temperatur təxminən 1.1°C artıb və son 4 ildə davamlı olaraq 1.5°C-dən yüksək olub. Ekstremal isti günlərin sayı altı dəfə artıb, quraqlıq müddəti isə 20%-dən çox uzanıb.

Bu tendensiyalar göstərir ki, iqlim dayanıqlılığı şəhərsalma və inkişaf planlamasının əsas tərkib hissəsinə çevrilməlidir. Bu gün qarşılaşdığımız problemlər bir-biri ilə əlaqəlidir və həll yolları da inteqrasiya olunmuş şəkildə olmalıdır. Heç bir ölkə təkbaşına dayanıqlılıq qura bilməz, heç bir şəhər təkbaşına uyğunlaşa bilməz.

Tərəfdaşlıq, elm, texnologiya və beynəlxalq əməkdaşlıq iqlimə dayanıqlı şəhərlərin formalaşmasında əsas rol oynayacaq. Azərbaycan bu istiqamətdə töhfə verməyə və dialoq və əməkdaşlığı gücləndirməyə sadiqdir.

Sonda qeyd olunub ki, bu sessiya daha güclü dialoq və praktik əməkdaşlığın inkişafına töhfə verəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
1
1
sia.az

2Sources