EN

İlham Əliyevin WUF13 mesajının şifrələri - Azərbaycan gələcəyin şəhərlərini yaradır

Prezident İlham Əliyevin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) çıxışı zamanı səsləndirdiyi fikirlər Azərbaycanın şəhərsalma siyasətinin yalnız infrastruktur və memarlıq məsələsi olmadığını, eyni zamanda milli kimlik, tarixi yaddaş, dövlətçilik ənənəsi və müasir inkişaf strategiyası ilə sıx bağlı olduğunu nümayiş etdirdi. Ölkə başçısının çıxışında vurğulanan əsas tezislər Azərbaycan xalqının əsrlər boyu şəhərsalma mədəniyyəti formalaşdırmış, qədim urbanizasiya ənənələrinə malik xalq olduğunu bir daha təsdiqləyir.

7JD0H8w6O0JzsrlhoAEsqwGnd5BPJa8SkNrF5fgU_1200.jpg

Qəbələ, Gəncə, Naxçıvan, Şamaxı kimi qədim şəhərlərin timsalında Azərbaycanın zəngin şəhər mədəniyyəti tarix boyu regionun iqtisadi, siyasi və mədəni inkişafına mühüm töhfələr verib. Bu şəhərlər yalnız yaşayış məskənləri deyil, həm də sivilizasiyanın, ticarətin, elm və mədəniyyətin inkişaf etdiyi mühüm mərkəzlər kimi formalaşıb. XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda urbanizasiya prosesinin yeni mərhələyə qədəm qoyması ölkənin sosial-iqtisadi transformasiyası ilə paralel şəkildə inkişaf edib. Xüsusilə neft sənayesinin yüksəlişi ilə Bakı dünyanın sürətlə inkişaf edən sənaye və şəhər mərkəzlərindən birinə çevrilib. Bununla yanaşı, Azərbaycanın şəhərsalma siyasətində əsas prioritetlərdən biri tarixi-mədəni irsin qorunması ilə müasir inkişaf arasında harmoniyanın təmin olunması olub. Bu yanaşma bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha sistemli, genişmiqyaslı və strateji xarakter alaraq şəhərlərin müasir standartlara uyğun yenilənməsi, ekoloji dayanıqlılığın gücləndirilməsi və insanların rahat yaşayış mühitinin formalaşdırılması istiqamətində davam etdirilir.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhərsalma məsələlərini daim diqqət mərkəzində saxlaması ölkədə həyata keçirilən ardıcıl inkişaf siyasətinin mühüm tərkib hissəsidir.

yzTrhLswGgQbYqW19xVVIEhiIKKG95KEwlbpUsLE_1200.jpg

Son illərdə ölkənin müxtəlif bölgələrində həyata keçirilən abadlıq, infrastruktur və yenidənqurma layihələri Azərbaycanın müasir şəhərsalma modelinin formalaşdığını göstərir. Bu siyasət yalnız paytaxt Bakı ilə məhdudlaşmır, regionların tarazlı inkişafını, sosial rifahın yüksəldilməsini və milli-mədəni irsin qorunmasını da əhatə edir. İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri isə Azərbaycanın şəhərsalma siyasətinin ən parlaq və unikal təzahürlərindən biridir. Dağıdılmış şəhər və kəndlərin “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulması, müasir infrastrukturun yaradılması, yaşıl enerji texnologiyalarının tətbiqi və tarixi-mədəni irsin bərpası Azərbaycanın postmünaqişə dövründə dünyaya təqdim etdiyi nümunəvi inkişaf modelidir. Bu proses göstərir ki, Azərbaycan yalnız dağıdılmış əraziləri bərpa etmir, eyni zamanda gələcəyin şəhərlərini qurur.

f8bf6fd8-3a66-392c-a358-19727c1b9dc3_1200.jpg

Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqamlardan biri də Azərbaycanın qlobal dialoq və əməkdaşlıq məkanına çevrilməsidir. Dünyada müharibələrin, siyasi gərginliklərin və təhlükəsizlik risklərinin artdığı bir dövrdə Azərbaycanın COP29 və WUF13 kimi nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkənin beynəlxalq nüfuzunun, təhlükəsizlik və sabitlik mühitinin göstəricisidir. Azərbaycan bu gün yalnız regionda deyil, qlobal miqyasda da etibarlı tərəfdaş, dialoq platforması və dayanıqlı inkişaf ideyalarının təşviq olunduğu mühüm mərkəz kimi çıxış edir. Bu reallıq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən siyasətin və Azərbaycanın sürətli inkişaf modelinin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini bir daha təsdiqləyir.

Cavanşir ABBASLI
Musavat.com

Chosen
24
musavat.com

1Sources