Bakı, 19 may, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya büdcə hesabına “Botanika” üzrə 3 qiyabi, “Mikologiya” üzrə 1 qiyabi, “Bioloji ehtiyatlar” üzrə 1 əyani, “Bitki fiziologiyası” üzrə 1 qiyabi yer, ödənişli əsaslarla isə “Botanika” üzrə 4 yer (2 əyani, 2 qiyabi) ayrılıb.
Doktoranturaya sənədlərin qəbulu mayın 19-dan iyunun 9-dək “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcək. Qəbul olmaq istəyən şəxslər https://portal.edu.az veb səhifəsində qeydiyyatdan keçməli və tələb olunan sənədləri portala yükləməlidir.
Əlavə məlumat üçün Botanika İnstitutunun Elmi kadrların hazırlığı sektoruna müraciət etmək olar.