EN

Fələstinli nazir Bakıdakı tələbəlik həyatından DANIŞDI

Fələstinli

Raxshanda

Müəllif

Raxshanda

Fələstinin yerli idarəetmə naziri Sami Həccavi 39 ildən sonra yenidən tələbəlik həyatını yaşadığı Bakıya qayıdıb.Ulusum.az xəbər verir ki, Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak üçün Azərbaycana səfər edən Sami Həccavi globalinfo.az-a müsahibəsində Bakını 1987-ci ildə tərk etdiyini söyləyib.“Yenidən Bakıda olduğum üçün çox şadam. Bakını 1987-ci ildə tərk etmişəm, demək olar ki, 39 il əvvəl. Yenidən Bakının xatirələrini, küçələrini, tələbə yoldaşlarımı və müəllimlərimi yada salmaq mənim üçün böyük şərəfdir”.Keçmiş tələbə Bakıda yaşadığı illəri xatırlayaraq qeyd edib ki, Yasamal rayonunun Musabəyov küçəsində yerləşən tələbə yataqxanasında müxtəlif ölkələrdən olan gənclərlə birlikdə qalıb.O, səfəri çərçivəsində təhsil aldığı universiteti də ziyarət edəcəyini deyib: “Ayın 19-da universiteti ziyarət edəcəyəm. İndi həmin universitet Azərbaycan Memarlıq və İnşaat Universiteti adlanır. Rektorla görüş olacaq, həmçinin mexanika kafedrasını və Yasamaldakı yataqxananı da görəcəyəm”.Sonda o, tələbə yoldaşları ilə görüşmək istədiyini vurğulayıb: “Təəssüf ki, hamının ünvanı məndə yoxdur. Amma çalışacağam ki, onlarla əlaqə saxlayım və Bakıda olduğumu bildirim. Ümid edirəm ki, onların bir çoxu ilə görüşəcəyəm”.

Diqqət Çəkənlər

Mehriban Əliyeva WUF13-ün açılış mərasimindən paylaşım edib

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilib Prezident İlham Əliyev çıxış edib

Anar Quliyev: Azərbaycan üçün WUF13-ün təşkili böyük şərəf və məsuliyyətdir

Chosen
1
2
ulusum.az

3Sources