EN

UNHCR maliyyə böhranı fonunda işçi ixtisarlarını genişləndirir

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) ciddi maliyyə çatışmazlığı səbəbindən işçi ixtisarlarını artırmağa hazırlaşır. Təşkilatın rəhbərliyi 2026-cı ildə büdcənin təxminən 15% azalacağını açıqlayıb.

QHT.az xarici mediaya istinadən bildirir ki, büdcə azalması əsasən ABŞ və digər iri donor ölkələrin humanitar yardımları azaltması ilə əlaqələndirilir. Bu maliyyə çatışmazlığı artıq təşkilat daxilində ciddi təsirlər yaradıb. UNHCR minlərlə iş yerini ixtisar edib və növbəti mərhələdə yüzlərlə əməkdaşın müqaviləsinə xitam verilə bilər.

Eyni zamanda, qlobal miqyasda qaçqınların sayı artmaqda davam edir. Xüsusilə, Ukrayna və Sudan kimi münaqişə bölgələrində humanitar yardıma ehtiyacın kəskin şəkildə yüksəldiyi bildirilir. Bu isə maliyyə azalmalarının təsirlərini daha da ağırlaşdırır.

UNHCR rəhbərliyi donor ölkələrə çağırış edərək daha çevik və davamlı maliyyə dəstəyi göstərilməsinin vacibliyini vurğulayıb. Mövcud vəziyyət təşkilat tərəfindən “qaçılmaz islahatlar dövrü” kimi qiymətləndirilir.

Piranə Xasiyeva

Chosen
20
qht.az

1Sources