Azərbaycanın Şuşa və Türkiyənin Trabzon şəhərləri qardaşlaşıb.
AzNews.az xəbər verir ki, bununla bağlı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində əməkdaşlığa dair memorandum imzalanıb.
Sənədi Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Əhməd Mətin Gənc imzalayıblar.