EN

Məscid hücumunda DƏHŞƏTLİ DETAL – terrorçunun anası saatlar əvvəl... - FOTO

ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində yerləşən İslam Mərkəzinə silahlı hücum edən şəxslə bağlı yeni detallar ortaya çıxıb.

Musavat.com xəbər verir ki, yerli media hücumçunun anasının hadisədən saatlar əvvəl polisə müraciət etdiyini yazıb.

Məlumata görə, qadın oğlunun təhlükəli davranışlar sərgilədiyini və zorakı planlar qurduğunu hiss edərək hüquq-mühafizə orqanlarına məlumat verib. ABŞ mediasında yayılan xəbərlərdə bildirilir ki, şübhəli hücumdan əvvəl planlarını yazılı şəkildə qeyd edib və bəzi şəxsləri hədəf almaq istədiyini bildirib.

San Dieqo İslam Mərkəzinə edilən hücum zamanı ən azı iki nəfər həyatını itirib, çox sayda insan yaralanıb. Hadisə zamanı binada uşaqların da olduğu açıqlanıb. Polis hücumçunun sonradan zərərsizləşdirildiyini bildirib.

Amerika-İslam Münasibətləri Şurası (CAIR) hadisəni sərt şəkildə pisləyib və hücumun ibadət edən insanlara qarşı ağır zorakılıq aktı olduğunu vurğulayıb. Təşkilat hücum zamanı bir neçə nəfərin güllələndiyini təsdiqləyib.

İstintaq çərçivəsində hücumçunun motivləri və əvvəlcədən plan qurub-qurmadığı araşdırılır. ABŞ mediası hüquq-mühafizə orqanlarının hadisədən öncə edilən xəbərdarlığın niyə faciənin qarşısını ala bilmədiyini də araşdırdığını yazır.

Musavat.com

Chosen
6
musavat.com

1Sources