EN

Somali səfiri: Yaxşı planlaşdırılmış yaşayış məskənləri gərginliyi azalda bilər

ain.az, Apa.az portalına istinadən məlumat verir.

Yaxşı planlaşdırılmış yaşayış məskənləri gərginliyi azalda, etimadı bərpa edə və vətəndaşları yenidən imkanlarla əlaqələndirə bilər. Bir çox mənada mənzil ümidin görünən memarlığına çevrilib.

APA xəbər verir ki, bunu Somalinin Keniyadakı səfiri Cabril İbrahim Abdulle WUF13 çərçivəsində keçirilən “Qlobal koalisiyaların mərkəzində mənzil təminatı” adlı xüsusi sessiyadakı çıxışında deyib.

“Dünyanın müxtəlif yerlərində qətiyyətli əməkdaşlığın nəyi mümkün etdiyini görmüşük. Ruandada, Keniyada, həmçinin Azərbaycanda və digər ölkələrdə buna şahid olmuşuq.

Bu təcrübələr bizə xatırladır ki, kontekst fərqli olsa da, prinsip universaldır. Dayanıqlı mənzil siyasi iradənin əməkdaşlıq, innovasiya və ortaq məsuliyyətlə birləşdiyi zaman formalaşır.Bu baxımdan “Hamı üçün Şəhər Mənzili” üzrə Açıq Tərkibli İşçi Qrupunun fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Bu İşçi Qrupu müxtəlif təcrübələrin praktik fəaliyyətlə qovuşduğu bir platforma yaradır. Bu isə üzv dövlətlərə, yerli hakimiyyət orqanlarına, ekspertlərə və maraqlı tərəflərə təcrübələri bölüşmək, işlək yanaşmaları müəyyən etmək və Qlobal Mənzil Gündəliyi çərçivəsində mənzil öhdəliklərinin icrasını gücləndirmək imkanı verib”,- səfir qeyd edib.

Çıxışda bildirilib ki, hökumətlər yerli hakimiyyət orqanları olmadan, beynəlxalq təşkilatlar isə icmaların iştirakı olmadan uğur qazana bilməz. Bu səbəbdən şəhər inkişafı və mənzil siyasətində inklüziv, davamlı və praktik tərəfdaşlıqların qurulmasının vacibliyi önə çəkilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
1
1
apa.az

2Sources