EN

WUF13-də sosial evlərlə bağlı açıqlama

Mənzil siyasəti yalnız sosial evlərlə məhdudlaşmamalıdır.

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri UN-Habitat rəsmisi Matthijs van Oostrum Bakıda WUF13 çərçivəsində keçirilən “Siyasətdən Təsirə: Mənzil Təminatının Miqyasının Artırılması” tədbirində bildirib.

Onun sözlərinə görə, bir çox ölkələrdə mənzil siyasətləri əsasən dövlət və sosial mənzil fonduna fokuslanır və bu yanaşma xüsusilə Avropada daha çox yayılıb. Lakin o vurğulayıb ki, milli mənzil siyasəti daha geniş və inteqrasiya olunmuş formada qurulmalı, yalnız bir sektorla məhdudlaşmamalıdır.

Matthijs van Oostrum əlavə edib ki, ölkələr mənzil təminatına kompleks yanaşmalı və müxtəlif istiqamətləri bir araya gətirən daha vahid siyasətlər hazırlamalıdır.

"Cebheinfo.az"

Chosen
13
1
cebheinfo.az

2Sources