EN

Laçında növbəti əmək yarmarkası keçiriləcək

Laçında

Raxshanda

Müəllif

Raxshanda

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Laçın rayonunda növbəti əmək yarmarkası təşkil edəcək.Ulusum.az xəbər verir ki, aktiv məşğulluq tədbiri mayın 22-də saat 15:00-da “Lachin Resort & Spa” hotelində keçiriləcək.Tədbirdə işaxtaran şəxslərə 21 müəssisə tərəfindən informasiya texnologiyaları üzrə mühəndis, rabitə mühəndisi, elektrik-qaz qaynaqçısı, ofisiant, yük avtomobili sürücüsü, qənnadıçı, fəhlə, dəmirçi, gözətçi və s. peşə istiqamətləri üzrə 90-a yaxın vakansiya təqdim ediləcək.Yarmarkaya gələn şəxslərə Agentliyin icra etdiyi aktiv məşğulluq proqramları və layihələr barədə də ətraflı məlumatlar veriləcək.Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.

Diqqət Çəkənlər

Mehriban Əliyeva WUF13-ün açılış mərasimindən paylaşım edib

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilib Prezident İlham Əliyev çıxış edib

Anar Quliyev: Azərbaycan üçün WUF13-ün təşkili böyük şərəf və məsuliyyətdir

Chosen
31
11
ulusum.az

10Sources