EN

"Azərbaycan 300 minə yaxın məcburi köçkünü mənzillə təmin edib" - HİKMƏT HACIYEV

“Azərbaycan 1990-cı illərin əvvəllərində Ermənistanın ərazilərimizi işğalı nəticəsində ciddi mənzil böhranı ilə üzləşmişdi. Həmin dövrdə hökumət məcburi köçkünlər və qaçqınlar üçün sığınacaq, ərzaq təminatı və sosial dəstək göstərdi”.

SİA xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində təşkil olunan “Qlobal Koalisiyaların Mərkəzində Mənzil” adlı tədbirdə deyib.

O bildirib ki, məcburi köçkünlərin əsas istəyi öz doğma yurdlarına qayıtmaq olub və bu istiqamətdə dövlət tərəfindən ardıcıl addımlar atılıb.

Hikmət Hacıyev qeyd edib ki, bu illər ərzində təxminən 300 min ev və mənzil inşa edilərək məcburi köçkünlərin istifadəsinə verilib və onların yaşayış şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.

Müəllif: Günel Fərzəliyeva
Chosen
15
1
sia.az

2Sources