EN

İqor Sergeyenko İlham Əliyevin qəbulunda – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenkonu qəbul edib.

Turkustan.az xəbər verir ki, dövlətimizin başçısı Belarusun Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) yüksəksəviyyəli nümayəndə heyəti ilə iştirak etdiyini deyib.

Sıx dostluğa əsaslanan Azərbaycan-Belarus münasibətlərinin inkişafından məmnunluğunu bildirən Prezident İlham Əliyev bütün sahələr üzrə fəal əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. Bu xüsusda parlamentlərarası formatın əhəmiyyəti qeyd edildi. Ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığa toxunan dövlətimizin başçısı birgə layihələrin uğurla icra olunduğu deyib.

Qəbula görə minnətdarlığını bildirən İqor Sergeyenko Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Aleksandr Lukaşenkoya çatdırmağı xahiş edib.

Qonaq vurğulayıb ki, Azərbaycan və Belarus liderlərinin şəxsi əlaqələri ölkələrimizin qurumları arasında əməkdaşlığın inkişafına töhfə verir.

İqor Sergeyenko Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılışında iştirak etdiyini deyərək, burada şəhərsalmanın mühüm istiqamətləri üzrə müzakirələrin aparıldığını vurğulayıb.

Qeyd edib ki, nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı zəngin təcrübəsi olan Azərbaycanda WUF13 də yüksək səviyyədə təşkil edilib.

Söhbət zamanı münasibətlərimizin müxtəlif sahələrdə inkişafı perspektivləri müzakirə edilib, hər iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.











Chosen
21
44
turkustan.az

10Sources