BAKI, 19 may. TELEQRAF
Azərbaycan ilə Belarus arasındakı əlaqələr ardıcıl surətdə genişlənərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Teleqraf xəbər verir ki, bunu parlamentin sədri Sahibə Qafarova bəyan edib.
Prezident İlham Əliyevin "Bu münasibətlər zamanın sınağından çıxıb" sözlərini xatırladan Milli Məclisin sədri, iki ölkə arasındakı əlaqələrin səmimi dostluq, konstruktiv dialoq, qarşılıqlı etimad və dəstək əsasında qurulduğunu bildirib.
O, hazırda əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf edərək rəsmən strateji tərəfdaşlıq xarakteri aldığını vurğulayıb.