EN

Ermənistan Rusiyadan rəsmi olaraq “boşanmayacaq”, amma... – Qriqoryan detalları açıqladı

Rusiya da daxil olmaqla, heç bir tərəfdaşımızla siyasi "boşanma"nı rəsmiləşdirmək niyyətində deyilik, lakin hər kəs suveren dövlətin müstəqil qərarlar qəbul etmək hüququna hörmət etməlidir.

Publika.az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bunu mayın 19-da Litvalı həmkarı ilə birgə mətbuat konfransında may ayında keçirilən Ermənistan-AB sammitindən sonra Moskvanın inteqrasiya riskləri və xəbərdarlıqları ilə bağlı sualı cavablandırarkən bildirib.

Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri may ayının əvvəlində keçirilən ilk Ermənistan-AB sammitinin nəticələrini yüksək qiymətləndirərək, onu olduqca məhsuldar adlandırıb. O, görüşün nəticəsi olaraq tərəfdaşlığın dərinləşdirilməsi sahələrini və konkret inteqrasiya proqramlarını aydın şəkildə müəyyən edən 35 bənddən ibarət hərtərəfli birgə sənədin qəbul edildiyini xatırladıb.

Mirzoyan vurğulayıb ki, Brüssel ölkədə demokratik islahatları fəal şəkildə dəstəkləməyə davam edəcək və bu yaxınlaşmanın əsas hərəkətverici qüvvəsi artıq Milli Assambleya tərəfindən təsdiqlənmiş qanunvericilik təşəbbüsü formasında olan Ermənistan xalqının özünün Avropa istəkləridir.

Rusiya rəhbərliyinin açıqlamalarını, xüsusən də Vladimir Putinin inteqrasiya vektoru ilə bağlı "qərar qəbul etmək" çağırışlarını və "sivil boşanma"ya işarələrini şərh edən nazir vəziyyəti həddindən artıq dramatikləşdirməməyə və süni gərginlikdən qaçmağa çağırıb.

Chosen
43
publika.az

1Sources