EN

Rüstəm Qasımov: 2030-cu ilə qədər enerji çatışmazlığı ilə üzləşə bilərik

BAKI, 19 may. TELEQRAF

2030-cu ilə qədər enerji çatışmazlığı ilə üzləşə bilərik.

Teleqraf xəbər verir ki, bunu “Azərenerji” ASC-nin İdarə heyətinin sədr müavini Rüstəm Qasımov WUF 13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Enerji Sistemlərinin Rəqəmsal Arxitekturası" adlı tədbirdə deyib.

O bildirib ki, bu ciddi addımlar atılmasını tələb edir:

"Süni intellektin geniş inkişafı üçün böyük həcmdə enerji lazımdır və AI inkişafının əsas şərti etibarlı və dayanıqlı enerjidir.
Əgər hazırkı vəziyyətdə qalsaq, bütün tələbatı qarşılamaq baxımından 2031-ci ilə qədər enerji defisiti gözlənilə bilər. Buna görə də enerji istehsalını artırmağı planlaşdırırıq".

Onun sözlərinə görə, hazırda 525 meqavat gücündə elektrik stansiyasının inkişaf etdirilməsi nəzərdə tutulur:

"Biz 2028–2030-cu illər ərzində əlavə enerji istehsal gücü yaratmağı və perspektivdə təxminən 4 000 meqavatlıq yeni istilik enerjisi gücü formalaşdırmağı planlaşdırırıq. Enerji layihələrinin inkişafı vaxt tələb edir, buna görə də qabaqlayıcı addımlar atmalıyıq".

Chosen
63
teleqraf.com

1Sources