EN

Səadət Yusifova: Ölkəmizdə təhsil, insan kapitalı və yaradıcı infrastrukturun inkişafına xüsusi önəm verilir

Bakı, 19 may, AZƏRTAC

“Azərbaycan Mədəniyyəti-2040” Mədəniyyət Konsepsiyası mədəni və yaradıcı sənayeləri əsas prioritetlərdən biri kimi müəyyən edib. Eyni zamanda “Mədəniyyət haqqında” Qanuna edilən dəyişikliklərlə isə yaradıcı sənayelərin hüquqi bazası gücləndirilib. Həmçinin mədəni və yaradıcı sənayelər üzrə milli təsnifat sistemi, həmçinin Azərbaycanda kino istehsalı sahəsində aparılan islahatların nəticələrindən biri olan geri ödəniş (cash rebate) mexanizmi kimi yeni təşviq alətləri tətbiq olunub.

AZƏRTAC xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova WUF13 çərçivəsində keçirilən "UNESCO-nun yaradıcı şəhərlər şəbəkəsi və dayanıqlı şəhər inkişafı” adlı panel sessiyada söyləyib.

O, Azərbaycanın təhsil, insan kapitalı və yaradıcı infrastrukturun inkişafına xüsusi önəm verdiyini deyib: "Oyun və mədəniyyət texnologiyaları üzrə inkubasiya proqramları, müxtəlif yaradıcı sahələrdə sertifikat və təqaüd proqramları, həmçinin QHT-lərə qrant dəstəyi yeni nəsil yaradıcı peşəkarların formalaşmasına töhfə verir. Eyni zamanda Bakıda fəaliyyət göstərən Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi yaradıcı şəxslər üçün peşəkar imkanlar təqdim edir və bu modelin regionlarda da genişləndirilməsi nəzərdə tutulur”.

Müxbir - Gülay Nəzərova
Fotomüxbir - Tofiq Babayev
Chosen
37
1
azertag.az

3Sources