EN

Ötən il 90 erkən evlilik cəhdinin qarşısı alınıb

Daxili İşlər Nazirliyinin həyata keçirdiyi qabaqlayıcı tədbirlərlə keçən il üçün 90 erkən evliliyə cəhd faktı müəyyən edilərək 28 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

"Unikal" xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatında öz əksini tapıb.

Hesabata əsasən, 5 valideyn və 41 aidiyyəti şəxs barədə inzibati tənbeh tətbiq edilib, daha 57 şəxslə profilaktik iş aparılıb.

Həmçinin 15 qızqaçırma faktı üzrə Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanılaraq 32 şəxs haqda müvafiq məsuliyyət tədbirləri görülüb.

Bununla yanaşı, 14 iqtisadi rayon üzrə 2025-ci ilin 1 iyul tarixinədək (yarım il ərzində) nikah yaşının 1 il azaldılması ilə bağlı daxil olan məlumatlar araşdırılıb, üzrlü səbəblər müəyyən edildikdən sonra 97 yetkinlik yaşına çatmayan şəxsə icra orqanları tərəfindən icazə verilib.

Chosen
4
6
unikal.az

7Sources