EN

Pərviz Şahbazov: Gələcəyin şəhərləri məhz az enerji ilə daha çox dəyər yaradan şəhərlər olacaq

Bakı, 19 may, AZƏRTAC

Qarabağ və Şərqi Zəngəzurda 307 meqavat gücündə 38 su elektrik stansiyası fəaliyyət göstərir, 340 meqavat gücündə Günəş elektrik stansiyaları inşa edilir, 7 meqavat gücündə damüstü Günəş panelləri quraşdırılıb, həmçinin 240 meqavat gücündə külək elektrik stansiyası üzrə hazırlıq işləri aparılır.

AZƏRTAC xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda xüsusi sessiyada çıxışı zamanı deyib.

O qeyd edib ki, ölkədə enerji səmərəliliyi sahəsində institusional mexanizmlər formalaşdırılıb, “Enerji Effektivliyi Fondu” yaradılıb və bu yanaşma enerji istehlakı və itkilərinin azaldılması, resursların səmərəli idarə olunması və ağıllı infrastrukturun inkişafına xidmət edir.

“Azərbaycan bu sahədə investisiyaların genişləndirilməsini və daha effektiv nəticələr əldə olunmasını hədəfləyir. Çünki gələcəyin şəhərləri məhz az enerji ilə daha çox dəyər yaradan şəhərlər olacaq”, - deyə nazir əlavə edib.

Müxbir: Vüsalə Səfərova, Aytən Abbaslı
Operator: Vüsal Tağıyev
Foto: İlkin Cavanşirov
Chosen
15
4
azertag.az

5Sources