Azərbaycan dəmir yollarının enerji təchizatı,
işarəvermə və rabitə sistemlərinin yenidən qurulması (Biləcəri-Yalama) layihəsi
Biləcəri-Yalama dəmir yolu hissəsinin
enerji təchizatı, işarəvermə və rabitə sistemlərinin yenidən qurulması üçün
layihələndirmə və tikinti-quraşdıma işlərinə texniki nəzarət üzrə məsləhət xidmətlərinə
(ARESTP-CS-QCBS-01) dair
MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT
Azərbaycan
Respublikası Hökuməti “Azərbaycan dəmir yollarının enerji təchizatı, işarəvermə
və rabitə sistemlərinin yenidən qurulması (Biləcəri-Yalama) layihəsi”nin (Layihə)
maliyyələşdirilməsi üçün kredit əldə etmək məqsədilə Asiya İnkişaf Bankına
(AİB) müraciət etmişdir. Kredit vəsaitinin bir hissəsi Biləcəri-Yalama dəmir
yolu hissəsinin enerji təchizatı, işarəvermə və rabitə sistemlərinin yenidən
qurulması ilə bağlı layihələndirmə və tikinti-quraşdıma işlərinə texniki nəzarət
üzrə məsləhət xidmətləri müqaviləsi üzrə uyğun ödənişlərin həyata keçirilməsi
üçün nəzərdə tutulmuşdur.
Layihə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
(ADY) tərəfindən icra ediləcəkdir.
Layihə ADY-nin beynəlxalq yük daşımalarına xidmət göstərən
Azərbaycanın şimal - cənub və şərq - qərb dəmir yolu dəhlizlərinin əsas
komponentləri olan Biləcəri - Yalama və Bakı - Böyük Kəsik dəmir yolu hissələri
boyunca 25 kV-luq dəyişən cərəyanlı enerji təchizatı, işarəvermə və rabitə
sistemlərinin modernləşdirilməsini nəzərdə tutan daha geniş proqramın tərkib
hissəsidir.
Proqram çərçivəsində həyata keçirilən ilk layihə, regional
yük daşımalarını dəstəkləyən “Şimal - Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi
daxilində əsas bağlantı olan Biləcəri - Yalama dəmir yolu hissəsini əhatə edir.
Bu hissə təxminən 192 km uzunluğunda ikixətli dəmir yolu xəttindən və 15
stansiyadan ibarətdir. Layihələndirmə mərhələsi də daxil olmaqla, layihələndirmə
və tikinti işlərinin təxmini müddəti 42 aydır.
Məsləhət xidmətləri müvafiq yerli qanunvericiliyə və Mühəndis-Məsləhətçilərin
Beynəlxalq Federasiyası (FIDIC) tərəfindən nəşr edilmiş “Podratçı tərəfindən
layihələndirilən elektrik və mexaniki qurğular, habelə inşaat və mühəndislik
işləri üçün Qurğular və Layihələndir-Tik üzrə Müqavilə Şərtləri”nə (Sarı kitab,
2017-ci il, ikinci nəşr, 2022-ci ildə düzəlişlərlə yenidən çap olunmuşdur)
uyğun olaraq tikintiyə texniki nəzarət xidmətlərini əhatə edir.
Məsləhət xidmətlərinin
əsas məqsədləri:
a)
Tikinti-quraşdırma
işləri üzrə Podratçı şirkət tərəfindən hazırlanan müfəssəl mühəndisi layihələrin
nəzərdən keçirilməsi üzrə iş qrafiki, metod və prosedurları müəyyən etmək;
texniki şərtlərin müfəssəl mühəndisi və işçi layihələrdə nəzərə alınmasını təmin
etmək;
b)
Tikinti
işləri üzrə müqavilənin idarə edilməsində “Mühəndis” kimi fəaliyyət göstərmək;
və
c)
Tamamlanmış
işlərin keyfiyyətini və həcmini təsdiq etmək də daxil olmaqla,
tikinti-quraşdırma işlərinə gündəlik texniki nəzarəti təmin etməkdir.
Tikintiyə
texniki nəzarət üzrə məsləhət xidmətlərinin ümumi müddəti 66 ay təşkil edəcək və
aşağıdakı mərhələlərdən ibarət olacaqdır:
a. Layihələndirmə
və tikinti mərhələsində nəzarət: 42 ay
b. Qüsurların
aradan qaldırılması müddətində nəzarət: 24 ay
Maraq ifadəsi
üzrə dəvət AİB-in Məsləhətçilərin İdarəetmə Sistemində (CMS) beynəlxalq səviyyədə
19 may 2026-cı il tarixində dərc edilmişdir. Maraq ifadələrinin təqdim edilməsi
üçün son tarix 7 iyun 2026-cı ildir.
AİB-in uyğun mənbə
ölkələrindən iştirak hüququ olan məsləhətçi şirkətlər öz maraqlarını aşağıda
göstərilən link vasitəsilə ifadə edə bilərlər:
https://selfservice.adb.org/OA_HTML/adb/xxcrs/jsp/ADBCsrnFwd.jsp?sel=222392