EN

22 yaşlı basketbolçu yarım əsrlik rekordu yenilədi

"San-Antonio"nun basketbolçusu Viktor Vembanyama NBA-da yarım əsrlik rekordu yeniləyib.

Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, Vembanyama bu nəticəyə Qərb konfransının finalında "Oklahoma"ya qarşı keçirdikləri ilk oyunda (122:115) imza atıb.

Meydana 22 yaş 134 günlüyündə çıxan fransalı NBA-nın pley-off mərhələsində bir oyunda 40 xal və 20 ribaund həddini keçən ən gənc oyunçu ünvanına sahib çıxıb. Əvvəlki rekord 22 yaş 352 günlüyündə bu uğura imza atmış Kərim Əbdül-Cabbara məxsus idi.

Vembanyama həmçinin NBA tarixində konfrans finalı və ya daha sonrakı mərhələlərdə bu göstərici ilə diqqət çəkən 7-ci basketbolçu olub.

Chosen
19
2
fanat.az

3Sources