EN

Azərbaycanın 2 güləşçisi Rusiyadakı turnirdə medal qazanıb

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 19 may, AZƏRTAC

Həftəsonu Rusiyanın Kaspiysk şəhərində sərbəst güləş üzrə Əli Əliyev turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, ənənəvi yarışda Azərbaycan milli komandasının üzvləri də iştirak ediblər.

Ruslan Abdullayev (65 kiloqram) və Abubakr Abakarov (92 kiloqram) bürünc medal qazanaraq, fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
24
2
azertag.az

3Sources