EN

Azərbaycanın Böyük Britaniyadakı səfirliyində YENİ TƏYİNAT - FOTO

Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsinə təyinat olub.
 
Moderator.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, sözügedən vəzifəyə Rəşad Xanlarov təyin olunub.
 
Qeyd edək ki, Rəşad Xanlarov bu təyinata qədər Elm və Təhsil Nazirliyində Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinin müdiri, müxtəlif beynəlxalq şirkətlərdə rəhbər vəzifələrdə, eləcə də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru kimi fəaliyyət göstərib.
Chosen
1
6
moderator.az

10Sources