EN

Azərbaycanda narkotiklərlə bağlı 3061 cinayət faktı aşkarlanıb

BAKI, 19 may. TELEQRAF

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2026-cı ilin yanvar-aprel aylarının yekununa dair məlumat açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.

2026-cı ilin yanvar-aprel ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.

Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 3061 cinayət faktı aşkarlanıb. Onlardan 702-si narkotik vasitələrin qanunsuz satışı, 2343-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 14-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 3 ton 529 kq 169,4 qram və 3536 ədəd həb narkotik vasitələrin və psixotrop maddələrin3 ton 055 kq 320,59 qramını marixuana, 177 kq 876,246 qramını heroin, 70 kq 346,69 qramını tiryək, 173 kq 547,24 qramını həşiş, 7 kq 276,04 qramını digər narkotik vasitələr və 44 kq 802,594 qramınıpsixotrop maddələr təşkil etmişdir. Bunlarla yanaşı 93 ədəd çətənə bitkisi və 29 həb psixotrop maddə aşkar edilərək götürülmüşdür.

Qanunsuz dövriyyədən çıxarılmış 3 ton 529 kq 169,4 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 92 milyon 440 min AZN kimi qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1505 nəfər cəlb edilmiş, onlardan 1473kişi, 32 qadın olmuşdur.

Məsuliyyətə cəlb edilmiş 21 xarici ölkə vətəndaşından ümumilikdə 112 kq 811,238 qr və 24 ədəd həb müxtəlif növ narkotik vasitələrgötürülmüşdür.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 62 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 869 kq 645,525 qr narkotik vasitə çıxarılmışdır.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 70-i qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 723 kq 077,3 qr narkotik vasitə və psixotrop maddəvə 4,2 qr güclü təsir edən maddə müsadirə edilmişdir.

Təhlil göstərir ki, 2025-ci ilin yanvar-aprelayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 69, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 269 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 936 kq 168,998 qr, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 6 nəfər artmış, narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 16 fakt, qrup halında olan cinayətlərin sayı 9 fakt, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 8, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı isə 12 nəfər azalmışdır.

2025-ci ilin yanvar-aprel ayı ilə müqayisədə 2026-cı ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış digər narkotik vasitələrin çəkisi 14 kq 102,087 qr (66%), psixotrop maddələrin çəkisi 23 kq 302,038 qr(34,2%) azalmışdır.

Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 3 ton 055 kq 320,59 qr-nı (86,5%) marixuana təşkil etmişdir. Onun da 2 ton 450 kq 944,55 qr qramı (80,2%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olmuşdur. 604 kq 376,04 qramı (19,8%) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilmişdir.

Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 30 yanvar 2026-ci ilin tarixdə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən 25 məhkəmə və istuintaq qərarları əsasında barəsində məhvetmə qərarı qəbul edilmiş 858 kq 620,899 qr, 22139 ədəd həb, 1056 ampul narkotik vasitə, psixotrop maddə və 4745 ədəd həb, 240 paket güclü təsir maddələr yandırma üsulu ilə məhv edilmişdir.

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 280, QİÇS-lə Mübarizə Mərkəzində 291, Sumqayıt Narkoloji Mərkəzində 125 nəfər)696 xəstə müalicə alır.

2026 ilin yanvar-aprel ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 232 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 26-ı narkotik vasitələrin qanunsuz dövriyyəsi, 24-ü narkotik asılılıqdan müalicə, 182-si isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 50 məktub ünvanlanmışdır.

802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.

2026-cı ilin yanvar-aprel ayları ərzində Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı iləaidiyyəti dövlət qurumlarını cəlb etməklə ümumilikdə 75 tədbir (45 maarifləndirici və təşkilati tədbir, 30 maarifləndirici sosial aksiya) təşkil edilmişdir.

Chosen
8
3
teleqraf.com

4Sources