EN

Azərbaycanda məktəb direktorları ilə bağlı maraqlı rəqəmlər

Modern.az saytına istinadən ain.az xəbər verir.

Azərbaycanda məktəb direktorlarının əksəriyyəti kişilərdən ibarətdir, direktor müavinləri arasında isə qadınlar üstünlük təşkil edir. Məktəbəqədər təhsil müəssisələrində çalışanların hamısı qadınlardır.Modern.az-ın məlumatına görə, məsələ Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatında əksini tapıb.

Hesabatda bildirilib ki, 2025/2026-cı tədris ilində dövlət və özəl ümumi təhsil müəssisələrində ümumilikdə 3485 direktor çalışıb. Onlardan 1974-ü kişi, 1511-i qadın olub.

Qeyd olunub ki, dövlət məktəblərində çalışan direktorların 1956-sı kişi, 1491-i qadın təşkil edib. Özəl məktəblərdə isə 20 qadın, 18 kişi direktor çalışıb.

Məlumata əsasən, direktor müavinləri arasında qadınlar üstünlük təşkil edib. Belə ki, ümumilikdə 4204 direktor müavinindən 2664-ü qadın, 1540-ı kişi olub.

Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar arasında da qadınlar üstünlük təşkil edib. Bu sahədə çalışan 2544 nəfərdən 1597-si qadın, 947-si kişi olub.

Hesabatda vurğulanıb ki, dövlət və özəl məktəbəqədər təhsil müəssisələrində çalışanların hamısı qadınlardır.

Qeyd olunub ki, 2025-ci ilin əvvəlinə dövlət məktəbəqədər təhsil müəssisələrində 1656, qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrində isə 153 müdir çalışıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
9
modern.az

1Sources