EN

ABŞ Kuba ilə müharibəyə hazırlaşır: Embarqo nəticə vermədi

Bakupost portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ Kubaya hərbi müdaxilə variantını ciddi şəkildə dəyərləndirir.

Bakupost.az xəbər verir ki "Politico" nəşrinə danışan mənbələr ABŞ-nin Kubaya yönəlik siyasətində dəyişiklik baş verdiyini və hərbi müdaxilə variantının daha ciddi şəkildə nəzərdən keçirildiyini iddia ediblər.

ABŞ-nin Kubaya tətbiq edilən neft embarqosu kimi təzyiqlərin nəticə verməməsindən narahat olduğunu iddia edən mənbələr, hərbi əməliyyat variantının əvvəlkinə nisbətən daha ciddi şəkildə masada olduğuna diqqət çəkiblər:

“Kuba ilə bağlı ilkin düşüncə belə idi ki, ölkə rəhbərliyi zəifdir, sanksiyaların daha sərt tətbiqi və ABŞ-nin Venesuela ilə İranda qazandığı qələbələrin birləşməsi kubalıları qorxudacaq və onları razılaşma əldə etməyə məcbur edəcək. İndi isə İranda işlər tərsinə döndü və Kuba ilkin mərhələdə düşünüldüyündən çox daha dözümlü olduğunu nümayiş etdirdi. Buna görə də, hərbi müdaxilə variantı hazırda daha əvvəl heç vaxt olmadığı qədər gündəmdədir".

Gülsüm Baxşəliyeva, BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

1Sources