EN

D-8-in Baş katibi: WUF13-ün təşkili Azərbaycan üçün COP29-dan sonra daha bir uğur sayılır

Bakı, 19 may, AZƏRTAC

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) təşkilinə, davamlı şəhərlərin qurulmasındakı səylərinə görə, Azərbaycanı təbrik edirəm. WUF13-ün təşkili Azərbaycan üçün COP29-dan sonra daha bir uğur sayılır.

AZƏRTAC xəbər verir ki, bunu İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Baş katibi Sohail Mahmud WUF13 çərçivəsində keçirilən D-8 Yüksək Səviyyəli Enerji və Şəhərsalma Dialoqundakı çıxışında deyib.

O, hazırda dünyanın ciddi böhranla qarşılaşdığını və bir çox insanların siyasi müzakirələrin nəticələrindən zərər gördüyünü bildirib.

Fotoqraf – Azər İbrahimov
Operator – Şövqi Əzizov

 

Chosen
43
2
azertag.az

3Sources