EN

DGKA da ilk dəfə ingilis dilində “Milyonçu” intellektual şousu keçirilib

Xalqcebhesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) tələbələrin intellektual potensialının, analitik təfəkkürünün və xarici dil bacarıqlarının inkişaf etdirilməsi məqsədilə ilk dəfə ingilis dilində “Who Wants to Be a Millionaire? – ASCCA Edition” adlı intellektual oyun təşkil olunub.

Xalqcebhesi.az xəbər verir ki, tədbirin açılışında Akademiyanın İngilis dili müəllimi Humay Bayramova çıxış edərək iştirakçıları salamlayıb, layihənin əhəmiyyəti barədə söz açaraq, oyunun qaydalarını izah edib və yarışmanın moderatorluğunu həyata keçirib

Akademiyada tədris olunan ixtisaslar üzrə I kurs tələbələri arasında keçirilən yarışmada iştirakçılar dünyagörüşü, ümumi bilik və ixtisas istiqamətləri üzrə müxtəlif sahələri əhatə edən ingilis dilində tərtib olunmuş sualları cavablandırıblar. Gərgin və maraqlı mübarizə şəraitində keçən intellektual şounun qalibi “Beynəlxalq ticarət və logistika” ixtisasının I kurs tələbəsi Tuqay Kərimli olub. O, 14 suala düzgün cavab verərək şounun ən yüksək pul mükafatına layiq görülüb.

Yarışmada fərqlənən digər iştirakçılara isə cavablandırdıqları mərhələlərə uyğun olaraq pul mükafatları təqdim olunub.

Tədbirin sonunda çıxış edən Akademiyanın rəis müavini Anar Süleymanov bu cür intellektual və xarici dil yönümlü layihələrin tələbələrin bilik, dünyagörüşü və peşəkar inkişafına mühüm töhfə verdiyini vurğulayaraq, yüksək bilik nümayiş etdirən tələbələri təbrik edib və onlara uğurlar arzulayıb.

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
icma.az

1Sources