EN

Fransa millisinin görünməz qəhrəmanı kimdir?

Fransa futbolunun əfsanəsi Tyerri Anri qarşıdan gələn Dünya Kuboku ilə bağlı qısa bir proqnoz vermək qərarına gəlib.

Publika.az xəbər verir ki, Anri Fransa millisində bir çoxlarının görməzdən gəldiyi bir oyunçunu seçib: Kuadio Kone.

“Mən demirəm ki, o, parlaq Dünya Kuboku keçirəcək və ya parlaq oyun göstərməyəcək. Bilmirəm, amma insanların eşitmədiyi bir oğlan var və o, “Roma”da oynayır. Mən onunla Olimpiadada işləmişəm.

Bu, Manu Konedir. Məncə, o, hazırda ən yaxşı dayaq yarımmüdafiəçilərindən biridir. O, çox təvazökardır.

O, Münhenqladbaxda oynayıb. Daha sonra “Roma”ya keçib. İndi o, Fransa millisinin start heyətindədir, çünki Didye Deşam açıq-aydın millidə oynamağa layiq olduğunu düşünür.

Chosen
19
publika.az

1Sources