Xəzər dənizində suyun səviyyəsi hər il 6 sm azalır.
Ölkə.az xəbər verir ki, bunu BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Baş katibin köməkçisi və icraçı direktorun müavini Elizabet Maruma Mrema Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Xəzər regionunda iqlim dəyişikliyinə davamlı şəhərlər və icmalar Şəhər adaptasiyası üçün iqlim maliyyələşdirməsinin təmin edilməsi" adlı sessiyada deyib.
Onun sözlərinə görə, buna səbəb yalnız iqlim dəyişikliyi deyil:
"Şəhərlərin salınması da su böhranına gətirib çıxarır. Suyun azalması iqtisadiyyata, balıqçılığa, əhalinin aztəminatlı təbəqəsinə təsirsiz ötüşmür. Bunların hamısı bir regionun iqtisadiyyatının tərkib hissəsi olaraq inkişafı ləngidir".