EN

Birinci sinfə qəbulu prosesi BAŞA ÇATDI

Mayın 6-dan etibarən həyata keçirilən 2026-2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir.

Bu barədə Day.Az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bu günə qədər artıq 102 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb. 

Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.

İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə alternativ qeydiyyat mərkəzlərinə, agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Chosen
10
22
day.az

10Sources