Idman.biz saytına istinadən ain.az xəbər verir.
“Bəlkə də çox adam buna inanmırdı. Amma biz komanda olaraq özümüzə arxayın idik, inanırdıq ki, nəyisə dəyişə bilərik”.
Bu sözləri “Neftçi” futbol komandasının yarımmüdafiəçisi İfeanyi Metyu Misli Premyer Liqasının 32-ci turunda “Sabah”a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra futbolinfo.az saytına müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- Misli Premyer Liqasının 32-ci turunda “Sabah”ı 2:1 hesabı ilə məğlub etdiniz və Konfrans Liqasının təsnifat mərhələsinə vəsiqə qazandınız…
- Oyuna qələbə üçün çıxmışdıq. Niyyətimiz qalib gəlmək idi. Meydana çıxdıq və sona qədər mübarizə apardıq. Əlbəttə ki, qələbədən və avrokuboklara getməkdən məmnunuq.
- Qələbə qolunun müəllifi oldunuz və kifayət qədər baxımlı qol vurdunuz…
- “Neftçi”dəki ən vacib qolumu məhz bu matçda vurdum.
- Artıq bundan sonra Konfrans Liqası və orada uğurlu olmaq barədə düşünəcəksiniz. Bacaracaqsınız?
- Əlbəttə, uğurlu olmaq istəyirik. Amma hələ son oyunumuz var. “Kəpəz”lə səfərdə qarşılaşacağıq. Bundan sonra istirahətə yollanacağıq. Qayıdanda artıq məşqlərimizi bərpa edib bütün fikrimizi oyunlara yönəldəcəyik.
- Yanvarda heç kəs “Neftçi”nin Konfrans Liqasına vəsiqə qazanacağına inanmırdı. Komanda 7-8-ci pillələr arasında qalmışdı. Nə baş verdi?
- Bəlkə də çox adam buna inanmırdı. Amma biz komanda olaraq özümüzə arxayın idik, inanırdıq ki, nəyisə dəyişə bilərik. Azarkeşlərimiz də yanımızda idi, onlar da uğur qazanacağımıza inanırdılar. Nəticədə biz birlikdə bunu bacardıq.
- “Neftçi”də qalacaqsınız?
- Müqaviləm var və qalacağam.
- Növbəti mövsüm “Neftçi”ni çempionluq mübarizəsində görmək mümkün olacaq?
- Hamımız bunu istəyirik. Yaxşı heyətimiz, yaxşı məşqçilərimiz var. Biz mütləq növbəti mövsüm çempionluq üçün mübarizə aparacağıq.
- Bu mövsümün son turlarında həm “Qarabağ”a qalib gəldiniz, həm də “Sabah”dan üstün oldunuz…
- “Sabah”a qalib gəlmək, əlbəttə ki, yaxşıdır. Çünki onlar Azərbaycan çempionudurlar, yaxşı komandadırlar. Biz bütün rəqiblərimizə hörmət edirik. Amma biz də “Neftçi”yik. Layiqli şəkildə qələbə qazandıq. Onlara qalib gəldiyimiz üçün sevincliyik.
- Əvvəllər daha çox meydanda olurdunuz, amma son turlarda sonradan meydana girirsiniz. Bunun səbəbi nədir?
- Bu, məşqçilər heyətinin qərarıdır. Onlar mənə dincəlmək üçün şərait yaradırdılar. Məşqçilərin qərarına hörmət edirəm və düşünürəm ki, necə faydalı oluramsa, o zaman da meydana girirəm.
İdman.Biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.