“Barselona” və “Mançester Siti”nin sabiq futbolçusu Yaya Ture Slovakiyanın “Slovan” klubunun baş məşqçisi ola bilər.
İdmanxeber.az xəbər verir ki, bu barədə “Futbalové Zákulisie” X sosial şəbəkəsində məlumat yayıb.
Mənbənin iddiasına görə, Bratislava təmsilçisinin baş məşqçi postuna namizədlər arasında keçmiş xorvatiyalı futbolçu İqor Bişçanın da adı var.
Yaya Ture daha əvvəl “Tottenhem”in akademiyasında çalışıb. O, həmçinin Belçikanın “Standard” klubunda və Səudiyyə Ərəbistanı millisində köməkçi məşqçi vəzifəsində işləyib.
“Slovan” 2025/2026 mövsümünün yekununda Slovakiya çempionu olub. Klub Çexoslovakiya dövrü də daxil olmaqla ümumilikdə 27 dəfə ölkə çempionu adını qazanıb.