EN

“Almaniya Türkiyə ilə Aİ arasında əlaqələrin gücləndirilməsinə kömək etməyə hazırdır”

Ayna saytından alınan məlumata görə, ain.az bildirir.

Yohann Vadeful: "Əgər Türkiyə Avropa İttifaqına qoşularsa, Almaniyada özünə dost və etibarlı tərəfdaş tapacaq",

“Almaniya hökuməti Türkiyənin Avropa İttifaqı ilə daha da yaxınlaşmasını dəstəkləməyə hazırdır”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Almaniyanın xarici işlər naziri Yohann Vadeful Berlində türkiyəli həmkarı Hakan Fidan ilə birgə mətbuat konfransında deyib.

"Əgər Türkiyə Avropa İttifaqına qoşularsa, Almaniyada özünə dost və etibarlı tərəfdaş tapacaq", - deyə Almaniyanın xarici işlər naziri bildirib.

O həmçinin Türkiyənin Aİ-yə üzvlük üçün bütün zəruri meyarlara cavab verilməli olduğunu vurğulayıb.

Vadeful Türkiyənin İttifaqa qoşulmaq istəklərini "yaxşı əlamət" adlandırıb: "Biz Türkiyənin Aİ-nin müdafiə və sənaye siyasəti alətlərini genişləndirərkən mühüm NATO müttəfiqi və Aİ üçün vacib ticarət tərəfdaşı kimi qəbul edilməsini dəstəkləyirik".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
37
ayna.az

1Sources