EN

Tehrandan Vaşinqtona mesaj: “Təcavüzə cavab verməyə hazırıq”

Ayna saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Hər hansı bir səhv əvvəlkindən daha güclü cavabla nəticələnəcək”

İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahının komandanı general-mayor Əli Əbdüllahi ABŞ-ı və müttəfiqlərini başqa bir "strateji səhv və ya səhv hesablama" etməmək barədə xəbərdar edib. AYNA.AZ xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, İranın silahlı qüvvələri “keçmişdən daha hazırlıqlı və güclü olub və indi hər hansı bir təcavüzə cavab verməyə hazırdır”.

Əbdüllahi xəbərdarlıq edib ki, “hər hansı bir səhv əvvəlkindən daha güclü cavabla nəticələnəcək”.

İran rəsmisinin bu açıqlamaları ABŞ Prezidenti Donald Trampın İrana qarşı hücumların bərpası planının iki-üç günlük dayandırıldığını açıqlamasından sonra verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
31
ayna.az

1Sources