EN

Xırdalanda qayda pozan piyadalar təhlükəli vəziyyət yaratdı VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Abşeron rayonu, Xırdalan şəhərində qayda pozan piyadalar avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 12-də saat 20:44 radələrində qeydə alınıb. Kadrlardan görünür ki, iki nəfər piyada yolun müəyyən olunmamış hissəsindən keçərək təhlükəli vəziyyət yaradır.

Xüsusilə günün qaranlıq saatlarında bu cür davranışlar qəza riskini əhəmiyyətli dərəcədə artırır. Daha diqqətçəkən məqam isə piyadaların yaxınlaşmaqda olan avtomobili görmələrinə baxmayaraq, hərəkətlərini davam etdirmələridir. Sürücü isə onlara xəbərdarlıq məqsədilə avtomobilin işıqlarını yandırıb-söndürsə də, piyadalar buna məhəl qoymayıblar.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
39
avtosfer.az

1Sources