EN

“Vətən axtarışı prosesi başa çatıb” – Paşinyan


“Erməni xalqı müvəqqəti dayanacaq psixologiyasından imtina etməli və Ermənistan Respublikasını vətən və sığınacaq kimi qəbul etməlidir”.
Yeniavaz.com
“Armenpress” agentliyinə istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri, “Vətəndaş Müqaviləsi” Partiyası Şurasının sədri Nikol Paşinyan seçkiqabağı kampaniya çərşivəsindəki çıxışı zamanı bildirib.
“Nəhayət, bunu qəbul etməliyik ki, vətən axtarışı prosesi başa çatıb. Biz vətənimizi tapmışıq və bu, Ermənistan Respublikasıdır”, - Paşinyan qeyd edib.
Onun sözlərinə görə, əgər əvvəlki yaşayış yerlərinə qayıtmaq ideyası insanların şüuraltında yaşamağa davam edərsə, Ermənistan Respublikası vətən kimi deyil, müvəqqəti dayanacaq kimi qəbul ediləcək.
“Əgər Vana, Muşa, Qarabağa, Naxçıvana qayıtmaq fikri daim şüuraltımızda olarsa, ölkəmizi tranzit məntəqəsi kimi qəbul etməyə başlayacağıq”, - o bildirib.
Paşinyan bunu yolda dayanmaq hissi ilə müqayisə edib, hansı ki, bu halda insan nə tam istirahət edə, nə də özünü tam təhlükəsiz hiss edə bilir.
“Bugünkü siyasi prosesin mahiyyəti ondan ibarətdir ki, biz Ermənistan Respublikası haqqında təsəvvürümüzü dayanacaqdan təyinat yerinə dəyişdiririk”, - Paşinyan qeyd edib.  
O, həmçinin Dağlıq Qarabağı könüllü tərk edən ermənilərə müraciət edərək, onların da Ermənistanda dayanmaq barədə düşüncələrini dəyişdirməli və Ermənistanda məskunlaşmalı olduqlarını bildirib.
Chosen
23
yeniavaz.com

1Sources