EN

İran iki aydan çoxdur ki, internetsizdir — NetBlocks

İran ərazisində internetə çıxış demək olar ki, tamamilə dayanıb və ölkədəki kəsinti artıq 80 gündən çoxdur davam edir.

Beynəlxalq internet monitorinq xidməti NetBlocks bu barədə məlumat yayıb.

Qurumun X sosial şəbəkəsində yaydığı məlumata görə, “İranda internet blokadası 81-ci gününə daxil olub”. Bu vəziyyət indiyədək dünyada qeydə alınan ən uzunmüddətli ümummilli internet kəsintisi hesab olunur.

Məlumata əsasən, ölkədə beynəlxalq internetə çıxış ciddi şəkildə məhdudlaşdırılıb, əhalinin böyük hissəsi yalnız daxili şəbəkədən istifadə edə bilir. Bildirilir ki, bəzi seçilmiş qurum və şəxslərə məhdud giriş verilsə də, əksər vətəndaşlar qlobal internetdən faktiki olaraq təcrid olunub.

Chosen
30
aznews.az

1Sources