Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bakı, 19 may, AZƏRTAC
Sürətlə böyüyən şəhərlərin əsas problemi kənd yerlərindən həmin yaşayış məntəqələrinə çoxlu insanın köçməsidir. Bu şəhərlərdə əhali sıxlığını artırır, mənzil çatışmazlığı yaradır və infrastruktur üzərində təzyiq yaradır. Ona görə də kənd yerlərində inkişaf olmalı və yeni iş imkanları yaradılmalıdır ki, insanlar şəhərlərə kütləvi şəkildə köçməsinlər.
Bunu AZƏRTAC-a müsahibəsində Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Nigeriyadan olan şəhərsalma üzrə mütəxəssis Tomas Adeyemi deyib.
Ekspert, həmçinin bildirib ki, iqlim dəyişikliyi, sıxlıq və mənzil çatışmazlığı şəhərlərin dayanıqlı inkişafına mane olur.
Tomas Adeyemi, eyni zamanda, WUF13-ün çox faydalı olduğunu diqqətə çatdırıb. “Burada müxtəlif ölkələr öz təcrübələrini paylaşır və bir-birindən öyrənir. Mən artıq beşinci dəfədir ki, Ümumdünya Şəhərsalma Forumunun sessiyalarında iştirak edirəm və hər dəfə yeni biliklər qazanıram. Xüsusilə WUF13-də mənzil mövzusu çox vacib və düzgün seçilmiş mövzudur", - deyə o vurğulayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.