"ABŞ İrana böyük zərbə endirə bilər".
Publika.az "Clash Report"a istinadla xəbər verir ki, bunu Amerika Prezidenti Donald Tramp bəyan edib.
"Ümid edirəm ki, bunu etmək məcburiyyətində qalmarıq, lakin ola bilsin ki, onlara (İrana) daha bir zərbə endirməli olduq. Bəlkə də onlara yenidən hücum etməli olacağıq. Hələ ki tam əmin deyiləm", – deyə o bildirib.
Ağ Ev rəhbərinin sözlərinə görə, əgər o, İrana qarşı hücumun bərpasını təxirə salmaq qərarına gəlməsəydi, ABŞ artıq hazırda İslam Respublikasına zərbələr endirirdi.
Ötən gün Tramp bəyan etmişdi ki, ABŞ çərşənbə axşamı İrana qarşı hərbi hücum həyata keçirməyi planlaşdırırdı, lakin Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-nin xahişi ilə mümkün sülh sazişinin əldə olunması naminə bu addımı təxirə salıb.