EN

İran lideri ABŞ-yə qarşı yeni cəbhələr açacağı ilə hədələyir

İran lideri Müctəba Xamenei ABŞ-nin yeni hərbi zərbə təhdidini şərh edərkən bildirib ki, "müharibə davam edərsə, digər cəbhələr də açılacaq".

Müvafiq bəyanat İran liderinin rəsmi Telegram kanalında dərc edilib.

O qeyd edib ki, "düşmənin zəif olacağı və lazımi təcrübəyə malik olmadığı cəbhələrin açılması üçün işlər görülüb. Əgər hərbi vəziyyət davam edərsə, maraqlarımıza əsasən, bu əlavə cəbhələr açılacaq".

Məlum olduğu kimi, bir neçə saat  əvvəl ABŞ Prezidenti Donald Tramp Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) liderlərinin xahişi ilə "İrana mayın 19-da planlaşdırılan hərbi zərbənin təxirə salındığını" açıqlayıb.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

1Sources