
İlon Mask “OpenAI”ın baş direktoru Sem Altmana qarşı iddiasını rədd edən Kaliforniyanın Oklend şəhərindəki ABŞ Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.
“Xeyriyyə təşkilatlarının talan edilməsi üçün presedent yaratmaq Amerikada xeyriyyəçilik üçün dağıdıcı olduğu üçün Doqquzuncu Dairə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verəcəyəm”, - məlumatda deyilib.