EN

İngiltərə nəhəngi onun üçün "Qalatasaray"ın qapısını döyəcək

Türkiyə Superliqasında "Qalatasaray" forması ilə möhtəşəm oyun nümayiş etdirərək komandanın 26-cı çempionluğunda böyük pay sahibi olan Viktor Osimhen yenidən Avropa nəhənglərinin radarına düşüb.

Fanat.Az xəbər verir ki, İngiltərə Premyer Liqası təmsilçisi "Çelsi" yay transfer pəncərəsi öncəsi nigeriyalı ulduz hücumçunun transferini bitirmək üçün rəsmi addımlarını sürətləndirib.

"Team Talk" nəşrinin yaydığı məlumata görə, London klubunun sükanı arxasına keçməyə hazırlaşan ispaniyalı mütəxəssis Xabi Alonso rəhbərlikdən ilk olaraq Osimhenin transfer olunmasını tələb edib.

Cari mövsümdə "Qalatasaray" heyətində meydana çıxdığı rəsmi oyunlarda nümayiş etdirdiyi yüksək qol effektivliyi və hava mübarizələrindəki üstünlüyü ilə diqqət çəkən 27 yaşlı forvard üçün "Çelsi"nin olduqca böyük bir büdcə ayıracağı gözlənilir.

Chosen
9
fanat.az

1Sources